Bir Bulud Olsam (Bir Bulut Olsam) (tərcümə)
Bir Bulut Olsam, TİMSBİ Productions istehsalı və Timur Savcı prodüserliyi ilə, 23 fevral 2009-cu il ilə 24 dekabr 2009-cu il tarixləri arasında Kanal D-də yayımlanan dram janrındakı türk serialıdır. Rejissorluğunu Ulaş İnaçın üzərinə götürdüyü serialın ssenarisini Meral Okay yazmış və musiqilərini Aytekin Ataş bəstələmişdir. Baş rollarda Melisa Sözen, Engin Akyürek, Engin Altan Düzyatan və Aslıhan Gürbüz çəkilmişdir.
Serial, Mardində Suriya sərhədində minalanmış bölgədə yerləşən Güzelyurt kəndində keçir. Kədərlərini buludlara və Allaha danışan Narin Bulut, Mustafanın xəstəlikli sevgisinin təzyiqi altındaykən, illərdir Birləşmiş Millətlərin səhiyyə proqramlarında çalışmış Dr. Serdar Baturun kəndə gəlişi ilə hər şey dəyişir. Serdar və anası Narini yaşadığı işgəncədən xilas etməyə çalışır. İki mövsüm davam edən serial, 29-cu seriyası ilə finala çıxmışdır.
| Rejissor | Ulaş İnaç |
|---|---|
| Prodüser şirkəti | Tims Productions |
| Şəbəkə | Kanal D |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.



Şərhlər (0)