Mənim üçün üzülmə (Benim İçin Üzülme) (tərcümə)
Benim İçin Üzülme, 6 noyabr 2012-ci ildə atv-də yayımlanmağa başlayan, Boyut Film imzalı dram janrında bir türk televiziya serialıdır. Serialın ideyası müğənni və rejissor Mahsun Kırmızıgülə məxsus olub, rejissorluğunu Serkan Birinci üzərinə götürmüşdür. Çəkilişlər Artvinin Hopa rayonu, Rize, Trabzon, Kars və Gürcüstanın Batum şəhərində aparılmışdır.
Hekayə Qaradənizin qədim ailələrindən olan və qan qardaşı olan Niyazi ilə Harun adlı iki gəncin, bölgəyə mövsümi işçi kimi gələn şərqli bir qız olan Bukeyə aşiq olması ilə iki ailə arasında başlayan münaqişədən bəhs edir. Baş rolları Fulya Zenginer, Tansel Öngel, Çağlar Ertuğrul, Öykü Çelik, Rana Cabbar və Beyazıt Gülercan paylaşmışdır. Serial 2-ci mövsüm üçün Show TV ilə razılaşmış və 29 aprel 2014-cü ildə yayımlanan 55-ci bölümü ilə final etmişdir.
| Rejissor | Serkan Birinci |
|---|---|
| Prodüser şirkəti | Boyut Film |
| Şəbəkə | atv |



Şərhlər (0)