Sarı Zarflar
YouTube

Sarı Zərflər (Sarı Zarflar) (tərcümə)

Film · 2026–2027 · 7 nəfər

"Sarı Zərflər" (almanca: Gelbe Briefe) — İlker Çatakın rejissorluğu ilə 2026-cı ildə çəkilmiş dram filmi. Türkiyə, Almaniya və Fransanın birgə istehsalı olan filmin ssenarisini Çatak, Ayda Çatak və Enis Köstepen yazıb, prodüserliyini isə İnqo Fliess həyata keçirib. Filmin dünya premyerası 76-cı Berlin Beynəlxalq Film Festivalında əsas müsabiqədə baş tutub və festivalın ən yüksək mükafatı olan "Qızıl Ayı"nı qazanıb və 5 mart 2026-cı ildə Almaniyada nümayiş olunub.

Film Ankarada yaşayan teatr sənətçiləri Derya və Əzizin hekayəsindən bəhs edir. Yeni tamaşalarının premyerasından sonra cütlük işlərini, evlərini və rahat həyatlarını bir gecədə itirirlər. Onlar Əzizin anası ilə yaşamaq üçün 13 yaşlı qızları Ezgi ilə birlikdə İstanbula köçmək məcburiyyətində qalırlar. Qeyri-müəyyənlik və maliyyə çətinlikləri arasında yeni bir həyat qurmağa çalışan ailə artan təzyiq qarşısında dəyərləri ilə ortaq gələcəkləri arasında çətin bir seçimlə üzləşir.

Baş rollarda Özgü Namal (Derya) və Tansu Biçer (Aziz) rol aldığı aktyor heyətində Leyla Smyrna Cabas, İpek Bilgin, Kerem Can və Elit İşcan da yer alır. Hamburq və Berlində çəkilən film beynəlxalq kinofestivallarda böyük diqqət toplayıb.

Rejissorİlker Çatak
Sarı Zərflər (Sarı Zarflar) Sarı Zərflər (Sarı Zarflar) Sarı Zərflər (Sarı Zarflar) Sarı Zərflər (Sarı Zarflar)

Reaksiyalar

Ən çoxu 3 reaksiya seçə bilərsiniz.

Aktyor heyəti

Rəylər (0)

Giriş Rəy yazmaq üçün daxil olun.

Şərhlər (0)