Diriliş: Ertuğrul
Diriliş Ertuğrul Osmanlı Dövlətini quran Osman bəyin atası Ertuğrul Qazinin həyatını danışan, tarixi macəra və aksiyon xəttində Türkiyə serialıdır. Layihə Tekden Film imzasını daşıyır; ssenarinin böyük hissəsini yazan Mehmet Bozdağ eyni zamanda prodüserdir; rejissor Metin Günaydır. İlk bölümü 2014-cü il dekabrın 10-da TRT 1-də yayımlanan serial 2019-cu il mayın 29-da 150-ci bölümlə beş mövsümlük yolçuluğunu tamamladı. Yayıma girdiyi axşam AB və ABC1 qruplarında siyahının başına yerləşdi; sonra 25 dilə tərcümə olunub 71 ölkədə göstərildi.
Hekayə 13-cü əsr Anadolusunda keçir. İlk mövsüm 1225-ci ildə Kayı boyunun Templiyerlərlə mübarizəsini və yurd axtarışını danışır; ikinci mövsümdə qarşılarına monqollar çıxır. Üçüncü mövsümdə Kayılar Anadolunun qərb ucuna yerləşib Bizansla toqquşur, son iki mövsümdə Səlcuq və monqol məsələləri də işə qarışır. Ertuğrul bəyi Engin Altan Düzyatan canlandırır; Halime Hatunu Esra Bilgiç, Hayme Ananı Hülya Darcan oynayır. Turgut Alp rolunda Cengiz Coşkun var; Kaan Taşaner, Serdar Gökhan və Didem Balçın da baş rol heyətindədir.
Çəkilişlər İstanbulun Beykoz rayonundakı Riva kəndində aparıldı. Hazırlıqlar altı ay çəkdi; aktyorlar atçılıq, kişilər ayrıca qılınc dərsi aldı. Serial 43-cü Pantene Altın Kelebek mərasimində 2016-cı ilin ən yaxşı seriali seçildi. Pakistan və Azərbaycanda sevildi, bəzi ərəb ölkələrində qadağan edildi, siyasi mesaj daşıdığı yönündə tənqid olundu. Davamında Kuruluş Osman və Kuruluş Orhan gəldi.
| Rejissor | Metin Günay |
|---|---|
| Prodüser şirkəti | Tekden Film |
| Şəbəkə | TRT 1 |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.
Aktyor heyəti







































































































Şərhlər