Mavi (Blue) (tərcümə)
"Mavi" 21 aprel 2017-ci ildə nümayiş olunan türk sənədli filmidir. Rejissoru Sertan Ünver, prodüseri isə Suzan Güverte, layihə məsləhətçisi isə Yekta Kopan idi.
Film, 1990-cı ildə Yavuz Çetin və Batu Mutlugil tərəfindən qurulan "Blue Blues Band" qrupunun hekayəsini danışır və xüsusilə qrup üzvləri Yavuz Çetin və Kerim Çaplının həyatına diqqət yetirir. Sənədli filmdə duetin musiqi ifaları və faciəli sonluğu orijinal səs yazıları və ifadələrlə müşayiət olunur. Qrupun digər üzvləri Batu Mutlugil və Sunay Özgür həmin dövr və iki musiqiçi haqqında danışırlar, Çetin və Çaplının ailə üzvləri və dostları da iştirak edirlər. Cenk Taner, Aylin Aslım, Erkan Oğur və Batuhan Mutlugil də daxil olmaqla altmışa yaxın musiqiçi ilə müsahibələr aparılıb. Sənədli filmdə həmçinin Kerim Çaplının yazdığı, lakin yayımlanmamış, itirilmiş albomun İstanbulda tapılması hekayəsi də yer alır.
Filmin əsas musiqisi qrupun sağ qalan üzvləri Batu Mutlugil və Sunay Özgür, eləcə də Yavuz Çetinin musiqiçi oğlu Yavuzcan Çetin tərəfindən bəstələnib. Sənədli filmin dünya premyerası 36-cı İstanbul Film Festivalının Milli Sənədli Filmlər Müsabiqəsi çərçivəsində Beyoğlu Kinoteatrında baş tutub.
Musiqi yazarı Mehmet Tez filmdəki görüntülərin həmin dövrü yaşayanlarla bağlı azsaylı "dəlillərdən" biri olduğunu bildirdi; "BirGün" qəzetindən Sevin Okyay izləyicilərin mühüm bir dövrün şahidi olacağını yazdı. Film tənqidçisi Gizem Ertürk sənədli filmin dinamizmi baxımından dünya səviyyəli olduğunu düşünsə də, sənətçilərin ölümünə səbəb olan narkotik və alkoqol kimi amillərin bu cür istehsallarda gizlədilməsini tənqid etdi.
| Rejissor | Sertan Ünver |
|---|
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.


Şərhlər (0)