Səs (Ses) (tərcümə)
Səs, Ümit Ünalın rejissorluq etdiyi, film tənqidçisi və romançı Uygar Şirinin ssenarisini yazdığı 2010-cu il istehsalı Türk qorxu-triller filmidir. Bir Film tərəfindən istehsal olunan və İstanbulda çəkilən film 2010-cu ilin fevralında Türkiyədəki 77 kinoteatrda nümayişə açılmış, 5 mart 2010-cu ildə ölkə üzrə prokatına başlamışdır.
Film bir bankın çağrı mərkəzində çalışan Derya adlı gənc qadının hekayəsini danışır. Derya qeybdən gələn sirli bir səsin özünə pıçıldadığını eşitməyə başlayır və bu səs zamanla onun həyatını nəzarət altına alaraq yaşamını bir qarabasmaya çevirir. Baş rollarda Selma Ergeç, Mehmet Günsür, Serra Yılmaz və Selen Uçer çəkilmişdir. Ünal Şirinin ssenarisini həyatında oxuduğu ən yaxşı ssenari kimi xarakterizə etmişdir. Film Türkiyədəki müxtəlif film festivallarında on bir mükafata namizəd göstərilmiş və altısını qazanmışdır.
| Rejissor | Ümit Ünal |
|---|---|
| Prodüser şirkəti | Bir Film |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.



Şərhlər (0)