Mənə Sevməyi Öyrət (Bana Sevmeyi Anlat) (tərcümə)
Dram və romantik janrdakı Türkiyə televiziya seriali Bana Sevmeyi Anlat Ay Yapım imzası ilə 2016-cı il avqustun 26-da FOX-da yayıma başladı. Xaricdə Wings of Love adı ilə göstərilmişdir. Tək mövsüm davam edən serial aşağı reytinq səbəbindən 2017-ci il yanvarın 30-da yayımlanan 22-ci bölümü ilə final etmişdir.
Hekayə ətrafındakı izdihama baxmayaraq körpəsindən başqa kimsəsi olmayan Leyla (Seda Bakan) ilə dost və aşiq bildiklərinin xəyanətinə uğrayan Alperin (Kadir Doğulu) bir qaçış anında qarşılaşması ilə başlayır. İki həyatın dönüş nöqtəsi isə Haşmetdir (Mustafa Üstündağ). Oğlunun gələcəyi üçün yaxşı tanımadığı Haşmetlə evlənən Leyla ərinin qaranlıq üzünü kəşf edəndə qaçmaq məcburiyyətində qalır və Alperlə gözlənilməz bir məhəbbətə yelkən açır. Heyətdə Dolunay Soysert (Canan), Naz Sayıner (Mercan), Mine Kılılç (Ezgi), Mahperi Mertoğlu (Ayla), Serdar Özer (Engin), Bihter Dinçel (Suzan), Aslı Orcan (Berna), Gülper Özdemir (Simge) və Kadir Çermik (Salih) də yer alır.
Serialın rejissoru Mesude Erarslan, ssenaristi Deniz Akçay Katıksız, prodüseri Kerem Çataydır. Layihə ilk olaraq Beyaz Gece adı ilə hazırlanırdı; prodüser şirkət baş rol aktrisası Cansu Dere ilə razılığı pozanda baş rola Seda Bakan keçdi və serial bugünkü adını aldı.
| Rejissor | Mesude Erarslan |
|---|---|
| Prodüser şirkəti | Ay Yapım |
| Şəbəkə | FOX |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.
Aktyor heyəti

























Şərhlər