Qəhrəman Atam (Kahraman Babam) (tərcümə)
Kahraman Babam, Ay Yapım imzalı, 2021-ci il istehsalı olan, aksiyon və dram janrındakı türk televiziya serialıdır. Rejissorluğunu Osman Kayanın etdiyi filmin ssenarisini Sevgi Yılmaz, Devrim Yıldız Özdemir və Bahar Kaya qələmə almışdır. Show TV-də yayımlanan serial ilk bölümlərində Kırmızı Kamyon adını daşımış, qısa müddət sonra indiki adını almışdır.
Hekayə yanğınsöndürənlərin çətin peşə həyatlarını və xüsusi yaşamlarını birlikdə əhatə edir. Baş rolları Görkem Sevindik, Nilay Deniz və Ebrar Alya Demirbilek bölüşür. 2021-ci ilin yazında izləyici ilə görüşən film, 26 iyul 2021-ci ildə yayımlanan səkkizinci bölümü ilə final edərək ekran səyahətini tək mövsümdə başa çatdırmışdır.
| Rejissor | Osman Kaya |
|---|---|
| Prodüser şirkəti | Ay Yapım |
| Şəbəkə | Show TV |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.


Şərhlər (0)