Afrikada düz ayaqlılar (Piedone l'africano) (tərcümə)
Piedone l'africano, beynəlxalq adı ilə Flatfoot in Africa, Stenonun (Stefano Vanzina) çəkdiyi və Bud Spencerin baş rolda oynadığı 1978-ci il tarixli İtaliya-Qərbi Almaniya birgə filmidir. Polisiyeni və komediyanı birləşdirən film "Piedone" seriyasının üçüncü, dörd filmlik seriyanın isə sondan bir əvvəlki həlqəsidir. Başqa bazarlarda Knock-Out Cop, The K.O. Cop, Fransada Inspecteur Bulldozer, İspaniyada ¡Puños fuera! və Almaniyada Plattfuß in Afrika adları ilə tanınmışdır. Müddəti təxminən 115 dəqiqədir.
Seriya Neapol polisində komissar olan Manuele Rizzonu, ləqəbi ilə "Piedone" ya da "Plattfuß"u və köməkçisi Pedro Caputonu izləyir. Əvvəlki iki film Piedone lo sbirro və Piedone a Hong Kong, ardınca gələn isə Piedone d'Egitto (1980) olur. Bu macəradan Piedone almaz qaçaqmalçılığı ilə narkotik ticarəti arasındakı bağı araşdırmaq üçün Cənubi Afrikaya gedir və narkotikin İtaliyaya hansı yolla daxil edildiyini çözür. Heyətdə Bud Spencerin yanı sıra Dagmar Lassander, Enzo Cannavale, Werner Pochath, Giovanni Cianfriglia və Antonio Allocca yer alır.
Ssenarini Giovanni Simonelli, Adriano Bolzoni və Rainer Brandt yazmışdır. Çəkilişlər 1977-ci ilin Noyabrı ilə 1978-ci ilin Yanvarı arasında aparılmış, film 30 İyun 1978-də Federativ Almaniya kinoteatrlarında nümayişə çıxmışdır. Qərbi Almaniyada Qızıl Pərdə (Goldene Leinwand) mükafatı ilə təltif edilmişdir.
| Rejissor | Stefano Vanzina |
|---|
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.
Aktyor heyəti
Yalnız saytımızda profili olan aktyorlar göstərilir.
Dagmar Lassander
Giovanni Cianfriglia
Bud Spencer
Enzo Cannavale
Werner Pochath
Ester Carloni
Claudio Ruffini
Carlo Reali
Vincenzo Maggio
Joe Stewardson
Carel Trichardt
Antonio Allocca
Giorgio Cerioni
Benito Pacifico
Franco Cirino

Şərhlər