Ruhun Duymaz (dizi) (tərcümə)
Ruhun Duymaz, 2023-cü ildə izləyici ilə görüşən romantik komediya janrındakı türk televiziya serialıdır. O3 Medya və Image Production House-un birgə istehsalı olan serialın rejissor kreslosunda Aytaç Çiçek oturur, ssenarisini isə Ayşe Üner Kutlu qələmə alıb. Baş rolları Burcu Özberk və Şükrü Özyıldızın paylaşdığı serial ilk bölümü ilə 24 iyul 2023-cü ildə NOW ekranlarında yayımlanmağa başlayıb və bir mövsümlük 9 bölümdən sonra 23 sentyabr 2023-cü ildə finala çatıb.
Serial gənc yaşında şöbə rəisliyinə yüksələn kəşfiyyat əməkdaşı Onur Karasunun qanunsuz işlər aparan zərgərlik şirkətinin sahibi Civan Koralı yaxalama cəhdi haqqındadır. Onur sənədlərə çatmaq üçün Koralın bacısı ilə yaxınlaşmağı planlaşdırarkən nəzərə almadığı şəxs hər şeyi həll etməyə çalışan qabiliyyətli oğru Ece Çetinel olur. Gecə ilə gündüz qədər zidd olan bu iki personaj istəməsələr də birlikdə çalışmaq məcburiyyətində qalır.
| Rejissor | Aytaç Çiçek |
|---|---|
| Prodüser şirkəti | O3 Medya |
| Şəbəkə | NOW |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.


Şərhlər (0)