Paris Bizə Aiddir (Paris nous appartient) (tərcümə)
Paris Belongs to Us (Paris nous appartient) Jacques Rivettenin ilk uzunmetrajlı filmi olan və Fransız Yeni Dalğasının formalaşmasında öncül sayılan 1961-ci il tarixli fransız istehsalıdır. Çəkilişləri 1958-ci ildə tamamlanan film 13 dekabr 1961-ci ildə nümayişə çıxmişdır.
Universitet tələbəsi Anne böyük qardaşı sayəsində içlərindən iki nəfərin ölümü ilə sarsılan, sirli gərginliklərin və qorxuların hakim olduğu bir çevrə ilə tanış olur. Qrupu bürüyən narahatlığın səbəbi film boyunca işıqlandırılmir; bu vəziyyətin fərdi tarazlıqsızlıqlardan mi, dövrün ekzistensialist qayğısından mi, yoxsa Soyuq Müharibənin və ehtimal olunan nüvə fəlakətinin yaratdığı paranoyadan mi qaynaqlandığı tamaşaçıya buraxılır. Filmin adı qəsdən ironikdir, çünki hekayədəki personajlar Parisə aid hiss etməyən siyasi mühacirlər və özgələşmiş insanlardır. Heyətdə Jean-Claude Brialynin yanı sıra Claude Chabrol və Jacques Demy kimi dövrün mühüm kinoçuları da yer alır.
| Rejissor | Jacques Rivette |
|---|
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.
Aktyor heyəti
Yalnız saytımızda profili olan aktyorlar göstərilir.







Şərhlər