Son məlum ünvan (Last Known Address) (tərcümə)
Dernier Domicile connu, beynəlxalq aləmdə Last Known Address adı ilə tanınan, 1970-ci il istehsalı Fransız-İtalyan birgə istehsalı cinayət filmidir. Filmin rejissorluğunu və ssenari müəllifliyini José Giovanni öz üzərinə götürmüşdür. Film, Joseph Harrington'ın 1965-ci ildə nəşr olunan eyniadlı romanından ekranlaşdırılmışdır.
Baş rollarını Lino Ventura və Marlène Jobert bölüşdüyü filmdə Michel Constantin də mühüm bir rol öz üzərinə götürür. Film, Şərqi Almaniyada Gesucht wird: Roger Martin adı ilə nümayişə çıxmışdır. François de Roubaix tərəfindən bəstələnən mövzu musiqisi, sonrakı illərdə Missy Elliott'un "All n My Grill" və Robbie Williams'ın "Supreme" kimi mahnılarında sample olaraq istifadə edilmişdir.
| Rejissor | José Giovanni |
|---|
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.
Şərhlər (0)