Gözəl Kəndli (Güzel Köylü) (tərcümə)
Güzel Köylü Gold Film imzalı, Star TV-də yayımlanan ailə və romantik komediya janrında türk televiziya serialıdır. İlk bölümü 2014-cü il iyunun 25-də ekrana gələn serial təxminən bir il davam etmiş və 2015-ci il iyunun 17-də yayımlanan 52-ci bölümü ilə final etmişdir. Türkiyədə olduğu qədər ərəb dünyasında da maraqla qarşılanmışdır.
Hekayə ardıcıl yaşadığı uğursuz hadisələrdən sonra İstanbuldan ayrılıb Güzelköyə yerləşən gənc qadın Gülün ətrafında inkişaf edir. Baş rolları Gizem Karaca, Berk Cankat və Mehmet Ali Nuroğlu bölüşür. Heyətdə həmçinin Ahmet Mümtaz Taylan, Simge Selçuk, Su Kutlu, Merve Oflaz, Erkan Sever, Tolga Ortancıl, Uğur Biçer və Özlem Tokaslan yer alır.
Serialın çəkilişləri Muğlanın Yatağan rayonuna bağlı Bozüyük məhəlləsində həyata keçirilmişdir.
| Prodüser şirkəti | Gold Film |
|---|---|
| Şəbəkə | Star TV |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.


















Şərhlər