DJ Ahmet
DJ Ahmet (makedonca: Диџеј Ахмет) rejissorluğunu və ssenari müəllifliyini Georgi M. Unkovskinin öz üzərinə götürdüyü 2025-ci il istehsalı dram filmidir. Çexiya, Şimali Makedoniya, Serbiya və Xorvatiyanın birgə istehsalı olan filmin orijinal dili türkcədir; musiqisini Alen Sinkauz və Nenad Sinkauz bəstələmişdir.
Film Şimali Makedoniyanın bir kənd yerində yaşayan 15 yaşlı Əhmətdən (Arif Jakup) bəhs edir. İlk dəfə aşiq olan və DJ olmaq istəyən Əhməd eyni zamanda kəndinin mühafizəkar mühiti ilə baş etməli olur. Aktyor heyətində həmçinin Agush Agushev, Dora Akan Zlatanova, Aksel Mehmet, Selpin Kerim və müəzzin rolunda Atila Klince yer alır.
Unkovskinin 2019-cu ildə çəkdiyi Sticker adlı qısametrajlı filmindən sonra bu layihənin reallaşması beş il çəkmiş, maliyyələşməsi 2021-2023-cü illər arasında təmin edilmiş, çəkilişləri isə 2023-cü ilin sonunda Kodžalija və Ali Koç kəndlərində, həmçinin Üsküpdə 36 gün ərzində başa çatdırılmışdır. Büdcəsi 978.000 avro olan filmə Şimali Makedoniya Film Agentliyi, Eurimages, Xorvatiya Audiovizual Mərkəzi, Film Center Serbia, Çexiya Film Fondu və Cənub-Şərqi Avropa Kinematoqrafiya Şəbəkəsi dəstək vermişdir. Dünya premyerasını 23 yanvar 2025-ci ildə Sundance Film Festivalının Dünya Kinosu Müsabiqəsi bölməsində edən film həmin bölmənin Tamaşaçı Mükafatını qazanmışdır. Film həmçinin Sidney, Sarayevo və Stokholm film festivallarında da nümayiş etdirilmişdir.
| Rejissor | Georgi M. Unkovski |
|---|
Şərhlər (0)