Orhan Kemal
Screenwriter · 55 yaşında vəfat etdi
Profil
| Yaş | 55 yaşında vəfat etdi |
|---|---|
| Doğum tarixi | 15 sentyabr 1914 |
| Doğum yeri | Ceyhan |
| Vəfat | 2 iyun 1970 |
| Peşə | Screenwriter, Writer, Poet |
| Zodiac sign | Virgo |
Orhan Kemal — Tərcümeyi-hal
Orxan Kamal (türk. Orhan Kemal, 15 sentyabr 1914, Ceyhan, Adana ili – 2 iyun 1970 və ya 4 iyun 1970, Sofiya) — türk yazıçısı və dramaturqu. Əsl adı Mehmet Reşid Öyüdçü olan Orxan Kamal türk ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, roman, hekayə, pyes, şeir kimi fərqli janrlarda bir çox əsərə imza atsa da daha çox romançı kimi tanınmışdır. İlk hekayələr kitabı “Çörək davası” (1949) və “Kiçik adamın qeydləri” sərlövhəsi altında nəşr etdirdiyi avtobioqrafik səpkili silsilə romanlarla məşhurluq qazanmışdır. Ədəbi həyatının ən qaynar dövrü 1960-cı illərə təsadüf edir. Adanada torpaq və fabrik işçilərinin dünyasını, İstanbuldakı məhəllələri, fabrik çevrələrini əsərlərində əks etdirmişdir. “Murtuz”, “Xanımın ciftliyi” , “72-ci hissə” adlı əsərləri müəllifin yaradıcılığının şedevri hesab olunur. Adana futbol klubunda futbol oynamışdır. Qolçu Rəşid adı ilə tanınmışdır.
Şərhlər (0)