Can Dündar
Columnist · 65 yaşında
Profil
| Yaş | 65 yaşında |
|---|---|
| Doğum tarixi | 16 iyun 1961 |
| Doğum yeri | Ankara |
| Peşə | Columnist, Journalist, Documentarian, Screenwriter |
| Zodiac sign | Gemini |
Can Dündar — Tərcümeyi-hal
Can Dündar (türk. Can Dündar; 16 iyun 1961, Ankara) — Türkiyəli tədqiqatçı, jurnalist, televiziya və sənədli film istehsalçısı.
Türkiyənin yaxın tarixi, siyasəti və məşhur mədəniyyət mövzularında hazırladığı sənədli filmləri ilə tanınmış istelsalçısıdır. Xüsusilə "Sarı Zeybek" (1993) sənədli filmi diqqəti cəlb etdi. 2015-ci ilin fevral ayında Cümhuriyət qəzetinin baş redaktoru olan Can Dündarın 29 may 2015-ci ildə imzasında dərc olunan Milli Kəşfiyyat Təşkilatının tırlarındakı silah xəbəri böyük əks-səda verdi və jurnalist bu xəbərə görə tutuldu. Məhkəmə nəticəsində cəsusluq və dövlətin gizli sənədlərini əldə edib yayımladığı üçün cəzalandırıldı. Apelyasiya məhkəməsi gedərkən hələ də azadlıqda olan C. Dündar təhlükəsizliyi ilə əlaqədar Almaniyaya getdi. O, Cümhuriyət gəzetinin baş redaktoru vəzifəsindən ayrıldı və eyni qəzetdə köşə yazarlığına davam edəcəyini açıqladı. 31 oktyabr 2016-cı ildə barəsində həbs qətimkan tədbiri görüldü. Oslo Sülh Araşdırma İnstitutu tərəfindən elan edilən 2017 Nobel Sülh Mükafatına namizədlər arasında üçüncü yerdə qərarlaşdı.
Şərhlər (0)