Yakamoz S-245
Yakamoz S-245, 20 aprel 2022-ci ildə Netflix platformasında yayımlanan, tək mövsüm və yeddi seriyadan ibarət türk elmi-fantastika və gərginlik serialıdır. Jason George tərəfindən yaradılan layihə, Belçika istehsalı Into the Night seriali ilə eyni kainatda baş verən yan serial olub polyak yazıçı Jacek Dukajın 2015-ci il tarixli The Old Axolotl romanından ilhamlanmışdır.
Hekayədə, dünyanı vuran fəlakətdən sonra sualtı qayıqda tədqiqat missiyasında olan bir dəniz bioloqu, üzə çıxan bir sui-qəsdlə üzləşərkən ekipajla birlikdə sağ qalmaq uğrunda mübarizə aparır. Rejissorluğunu Tolga Karaçelik ilə Umut Aralın öhdəsinə götürdüyü serialın ssenarisini Jason George, Atasay Koç, Cansu Çoban, Sami Berat Marçalı və Murat Uyurkulak qələmə almışdır. Baş rolları Kıvanç Tatlıtuğ, Özge Özpirinçci və Ertan Saban bölüşərkən Ece Çeşmioğlu, Meriç Aral, Onur Ünsal və Jerry Hoffmann heyətdə yer almışdır. Serial baxış gözləntilərinin altında qaldığı üçün ikinci mövsümə davam etməmişdir.
| Şəbəkə | Netflix |
|---|
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.


Şərhlər (0)