Üç Quruş (Üç Kuruş) (tərcümə)
Üç Kuruş, Ay Yapım imzalı, ilk bölümü 1 Noyabr 2021-ci ildə Show TV-də yayımlanan Türk aksiyon, dram və detektiv serialıdır. Rejissorluğunu Sinan Öztürk'ün öhdəsinə götürdüyü serialın ssenarisini Damla Serim, Eset Akçilad və Murat Uyurkulak qələmə almışdır. Layihə 30 May 2022-ci ildə yayımlanan 28-ci bölümü ilə final etmişdir.
Hekayə, öz sərt qaydaları ilə yaşayan rəngarəng bir qaraçı məhəlləsi olan Çıngıraklı'da baş verir. Məhəlləyə basqın edən bir seriyalı qatil, məhəllənin qoruyucusu Kartal ilə Mütəşəkkil Cinayətlər Bürosunun gözüpək komissarı Efe'ni istəmədən eyni cəbhədə birləşdirir. Qatili ədalətə təhvil vermək üçün qurulan bu məcburi ittifaq, ikisini heç vaxt təxmin edə bilməyəcəkləri bir ada aparır. Baş rolları Uraz Kaygılaroğlu, Ekin Koç, Aslıhan Malbora və Diren Polatoğulları bölüşür.
| Rejissor | Sinan Öztürk |
|---|---|
| Prodüser şirkəti | Ay Yapım |
| Şəbəkə | Show TV |
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.


Şərhlər (0)