Su Axtaran (The Water Diviner) (tərcümə)
Russell Crowe üçün ilk rejissorluq işi olan The Water Diviner (Türkiyədə Son Umut), 2014-cü il istehsalı Avstraliya-Türkiyə-ABŞ birgə istehsalı olan dram və müharibə filmidir. Andrew Anastasios ilə Andrew Knightın ssenarisini yazdığı lent, eyniadlı kitab əsasında hazırlanmışdır; dünya premyerasını 2 dekabr 2014-cü ildə Sidneydə etmiş, 26 dekabr 2014-cü ildə ekranlara çıxmışdır.
Hekayə, Birinci Dünya müharibəsindən sonra, 1919-cu ildə Çanaqqala döyüşünə göndərdiyi üç oğlundan xəbər ala bilməyən avstraliyalı fermer Joshua Connorun onların izini tapmaq üçün Türkiyəyə gəlişini nəql edir. Connorun İstanbuldan Çanaqqalaya uzanan axtarışında ən böyük dəstəkçiləri türk zabitləri Hasan və Cemal olur. Baş rolda çıxış edən Crowe ilə yanaşı Olga Kurylenko, Jai Courtney, Yılmaz Erdoğan və Cem Yılmaz da oynayır. Film 4-cü AACTA Mükafatlarında Ən Yaxşı Film mükafatını qazanarkən Yılmaz Erdoğan da Ən Yaxşı İkinci Dərəcəli Kişi Aktyor mükafatına layiq görülmüşdür.
| Rejissor | Russell Crowe |
|---|
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.






Şərhlər (0)