Tətil (Grev) (tərcümə)
Grev, rejissorluğunu və ssenaristliyini Metin Yeğinin öz üzərinə götürdüyü, 2021-ci il istehsalı tammetrajlı bir bədii filmdir. Hekayə, 1910-cu il Bursasında, ipək fabriklərində ağır şəraitdə uzun saatlar boyu aşağı əməkhaqqı ilə işlədilən qadın fəhlələrin başlatdığı tətili nəql edir; erməni, yunan və osmanlı qadınlarının ortaq mübarizəsi və dövrün fəhlə sinfi həmrəyliyi filmin mərkəzindədir.
Şəhərə gələn beynəlmiləlçi bir jurnalist ilə Osmanlı borclarının yığılması ətrafında baş verən hadisələr, tətili alovlandıran amillər kimi işlənir. Pelin Batu, Nihan Aker, Jaklin Çatal, Tara Demircioğlu, İrem Alnıaçık, Orhan Alkaya və Tansel Öngelin rol aldığı film, tamaşaçıların öz imkanları ilə yerli kinoteatrlarda seanslar təşkil etdirməsi ilə də diqqət çəkmişdir.
| Rejissor | Metin Yeğin |
|---|
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.


Şərhlər (0)