Əsarət (Esaret) (tərcümə)
Esaret, Karamel Yapım tərəfindən hazırlanan və Kanal 7 ekranlarında 21 noyabr 2022-ci ildə yayım həyatına başlayan türk dram serialıdır. Rejissor kreslosunda Ayhan Özen və Serkan Mutun oturduğu gündəlik serialda bacısının öldürülməsinin qisasını almaq istəyən Demirhan ailəsinin varisi Orhun ilə ömrü boyu əsirlik altında yaşamış Hiranın hekayələri kəsişir; Orhunun günahkar bildiyi Hira əslində məsumdur.
Baş rolları Cenk Torun və Mahassine Merabetin bölüşdüyü serial üç mövsüm davam etmiş, 14 iyul 2025-ci ildə ekrana gələn 557-ci bölümü ilə final vermişdir. Serial xaricdə də izləyici ilə görüşmüş; Serbiyada Pink kanalında Otela, Bolqarıstanda isə Плен başlığı ilə yayımlanmışdır.
Reaksiyalar
Ən çoxu 3 reaksiya seçə bilərsiniz.



Şərhlər (0)