Esat Kaner
Association-football-player · ~34 yaşında vəfat etdi
Profil
| Yaş | ~34 yaşında vəfat etdi |
|---|---|
| Doğum tarixi | 1914 |
| Doğum yeri | İstanbul |
| Vəfat | 1948 |
| Peşə | Association-football-player, Association-football-coach |
Esat Kaner — Tərcümeyi-hal
Esat Kaner (1913, İstanbul – 6 avqust 1984) — türk futbolçusu və baş məşqçi.
İstanbulda Süleyman bəyin oğlu kimi dünyaya gəlib. 1932-ci ildə Moda Atlas rum klubunun komandasında oynayarkən Fenerbahçeyə transfer olub. Qısa boyuna baxmayaraq, atletik keyfiyyətləri, hava toplarındakı uğuru və inkişaf edən texnikası sayəsində Fenerbahçedə cinah və yarımmüdafiə oyunçusu kimi çıxış edib.
1936-1937-ci illərdə hücum xəttində oynayıb. Həmin il 14 qolla bombardir olub. 17 il Fenerbahçe formasını geyinib. 5 dəfə İstanbul Liqasını, 5 dəfə Milli Dəstəni (Millî Küme) və 3 dəfə Türkiyə çempionluğunu qazanıb və beləliklə Fenerbahçe forması ilə ən çox Türkiyə futbol çempionluğu (8) yaşamış iki futbolçudan biri olub.
1948-ci ildə futbolla vidalaşıb. Futbolu bitirdikdən sonra bir müddət Kiprdə və Fenerbahçedə məşqçilik edib. 1963-cü ilin avqustunda Kasımpaşanın baş məşqçisi təyin olunub, 1964-cü ilin yanvarında bu vəzifədən ayrılıb. Cənazə namazı Moda məscidində qılınan Kanerin məzarı Üsküdardakı Bülbülderesi qəbiristanlığındadır.
Şərhlər (0)